Hər bir milləti dünyada tanıdan və onu digərlərindən fərqləndirən ən vacib dəyərlərdən biri xalq sənətidir. Azərbaycan isə əsrlər boyu xalçaçılıq sənəti ilə tanınmış, bu zəngin irs milli mədəniyyətimizin ayrılmaz parçasına çevrilmişdir.
“Zili” brendi məhz bu irsdən ilhamlanaraq 2014-cü ildə yaradılmışdır. Adını qədim xovsuz xalça növü olan zilidən alan brend, Azərbaycan xalçalarında istifadə edilən mürəkkəb və rəngarəng naxışları taxta formalar üzərində yenidən canlandırır. “Zili” ənənəvi xalça sənətinin dərin köklərini müasir dizaynla birləşdirərək, unikal sənət nümunələri yaradır və Azərbaycan mədəniyyətini dünyaya tanıdır.